İngiltərədə ABŞ-ın Qəzza zolağı ilə bağlı planı üzə çıxıbbackend

ABŞ Mərkəzi Komandanlığı anklavın iki hissəyə bölünməsini təklif edərək Qəzza zolağı üçün plan hazırlayıb.

Bu barədə Britaniyanın “The Guardian” qəzeti Amerika mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ Qəzzanı “yaşıl” və “qırmızı” zonalara bölmək istəyir. Birincisi İsrail və beynəlxalq hərbi nəzarət altında, ikincisi isə Fələstinin nəzarəti altında olacaq.

Qəzet qeyd edib ki, plana əsasən, “yaşıl” zona yenidən qurulacaq, “qırmızı” zona isə “xarabalıqda” qalacaq. Mənbələrin məlumatına görə, ABŞ hakimiyyəti atəşkəsdən sonra fələstinliləri “yaşıl” zonaya köçməyə təşviq etmək istəyir.

“Qəzzada dinc əhali [“yaşıl” zonaya] köçməyə və yaxşı yaşamağa başlayacaq. İnsanlar deyəcəklər ki, onlara lazım olan budur. Və vəziyyət bu istiqamətdə inkişaf edəcək. Heç kim [köçürülmənin] hərbi əməliyyat vasitəsilə həyata keçirilməsindən danışmır”, – mənbə bildirib.