İngiltərədə doğum səviyyəsi İkinci Dünya Müharibəsinin başlamasından bəri ən aşağı səviyyəyə düşübbackend

İngiltərə və Uelsdə doğum səviyyəsi rekordların başladığı 1938-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Sky News Britaniyanın Milli Statistika İdarəsinin məlumatlarına istinadən xəbər verir.

2023-cü ilin sonunda orta ümumi doğum əmsalı (TFR) – qadının bütün həyatı boyu doğulan uşaqların orta sayı – 1,44 uşaq təşkil edib. 2022-ci ildə bu göstərici 1,49 uşaq, 2021-ci ildə 1,55 olub.

Tədqiqatda deyilir ki, doğuş göstəricilərində ən kəskin azalmalar 20-24 və 25-29 yaş qruplarında baş verib. 1997-ci ildə doğulan hər beş ingilis qadından yalnız biri 25 yaşından əvvəl uşaq dünyaya gətirib ki, bu da əvvəlki nəslin ən aşağı göstəricisidir.