İngiltərəli futbolçunun Premyer Liqa matçında ayağı açıq sınıbbackend

“Şeffild Yunayted”in müdafiəçisi Kris Başam İngiltərə futbol çempionatının səkkizinci turunun “Fulhem”lə matçında açıq topuq sınığı alıb.

“Chris Basham oyunda uzun müddət dayandıqdan sonra Kreyven Kottecini xərəkdə tərk edir. Onun tezliklə sağalmasını arzulayırıq və səhhəti ilə bağlı xəbərlər əlçatan olan kimi təqdim edəcəyik”, – deyə klubun mətbuat xidmətindən bildirilib.

Görüş “Fulhem”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. 30-cu dəqiqədə Başamın sol ayağına uğursuz eniş nəticəsində açıq sınıq yaranıb. Futbolçunu xərəkdə aparıblar. Oyun dayandırıldı və ikinci hissəyə 14 dəqiqə əlavə olundu.

Mənbə: TRT Spor