İngiltərənin top klubu yay transfer pəncərəsində 6 futbolçusunu satışa çıxaracaqbackend

“Mançester Siti”nin 6 futbolçusu bu transfer pəncərəsində komandanı tərk edə bilər.

Bu barədə “Athletic” məlumat yayıb.

Nəşr iddia edir ki, bu, baş məşqçi Xosep Qvardiolanın istəyi ilə bağlıdır: o, sərəncamında hazırda olduğundan daha az oyunçunun olmasını istəyir. Sözügedən adlar müdafiəçilər Con Stounz və Niko O’Reyli, yarımmüdafiəçilər Mateo Kovaçiç, İlkay Gündoğan və Klaudio Etçeverri və hücumçu Oskar Bobbdur. Onların hamısı ya klubu tərk edə, ya da icarəyə gedə bilər.