“Barselona”nın sabiq futbolçusu Andres İnyesta argentinalı futbolçu Lionel Messinin MLS-də “İnter Mayami”də özünü göstərə biləcəyinə əmin olduğunu bildirib.
İnyestanın sözlərini AS sitat gətirir.
“[Messi Barçaya qayıtsaydı] əla olardı, simvolik mənaya görə xüsusi, amma sonda hər kəs onun üçün yaxşı olan ən yaxşı variantı axtarır. Orada Messi şübhəsiz yeni təcrübə qazanacaq.
Əgər Messinin istədiyi budursa, o, harada olubsa, orada da uğur qazanacaq”, – İnyesta bildirib.
İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda “Klermon”a qarşı meydana daxil olaraq Paris Saint-Germain üçün son matçına çıxıb. Futbolçunun parislilərlə müqaviləsi iyunda başa çatdı, o, azad agent kimi İnter Mayamiyə keçdi.
Mənbə: Sport.ru

