İNK ACADEMY ONLAYN ÖDƏNİŞSİZ İNGİLİS DİLİ KAMPANİYASI ELAN EDİR!backend

İnk Academy Tədris Mərkəzi 16 Dekabr tarixində yeni ingilis dili kampaniyasına start verir. İngilis dilini öyrənmək istəyən, lakin korona testi pozitiv çıxmış şəxslərə onlayn ümumi ingilis dili dərsləri hədiyyə edilir. Bunun üçün COVID-19 xəstələyinə tutulmuş şəxslər onlara təqdim edilmiş bu formda qeydiyyatdan keçməli, ingilis dilini öyrənmək üçün motivasiyalarının nə olduğunu qeyd etməlidirlər.

Onlayn ingilis dili kampaniyasına ayrılmış yer sayı məhduddur, bu o deməkdir ki, sorğunu doldurmuş şəxslər arasında seçim ediləcək və sırf həvəsli şəxslər üçün ödənişsiz ingilis dili dərsləri təşkil ediləcək. Maraqlanan şəxslər üçün son qeydiyyat tarixi 20 Dekabrdır. Bu təşəbbüs korona xəstələrinin pozitiv test nəticələrinin pozitiv əhvallarını pozmamaları, o cümlədən müalicə dövründə evdə yeni dil bilikləri qazanmaları üçündür.

İnk Academy tərəfindən təşkil edilmiş bu kampaniyadan yararlanmaq üçün qeydiyyat linkinə keçid edərək sorğunu doldurmağınız tələb olunur.

Ətraflı məlumat:

https://inkacademy.az/ingilis-dili/

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeS23WEXCYHDhnJWvc8RQqNE4YNMjgTpFI0xyyO4g_lEUeyVg/viewform