21-ci əsr müasir dünya iqtisadiyyatı texnoloji nailiyyətlərdən asılılığı getdikcə artmaqdadır. Baxmayaraq ki, pul hələ də dünya valyuta mübadiləsində əsas anlayış kimi götürülür, lakin texnoloji tərəqqi zamanla bu klassik valyuta mübadiləsinə öz təsirini göstərməkdədir. Bugün rəqəmsal valyuta anlayışı dedikdə ilk yada düşən kriptovalyutadır. Bəs kriptovalyuta nədir və dünyada mövqeyi necədir?
Kriptovalyuta nədir?
Bəzən kriptovalyuta və ya sadəcə kripto adlanan kriptovalyuta rəqəmsal və ya virtual olaraq mövcud olan və əməliyyatları təmin etmək üçün kriptoqrafiyadan istifadə edən valyuta formalarına verilən ümumi addır. Kriptovalyutaların mərkəzi emissiya və ya tənzimləmə orqanı yoxdur. Bunun əvəzinə, əməliyyatları qeyd etmək və yeni vahidlər buraxmaq üçün mərkəzləşdirilməmiş sistem istifadə olunur.
Kriptovalyuta dedikdə insanların ilk ağlına gələn anlayış Bitcoindir. 2009-cu ildə yapon əsilli Satoşi Nakatomo tərəfindən yaradılan Bitcoin ilk mərkəzsiz və günümüzdə olan ən dəyərli kriptovalyutadır.
Kriptovalyuta necə əldə edilir?
İlk yarandığı dövrlərdə daha çox müxtəlif proqram və oyunlardan əldə olunan Bitcoinlər kütləvişdikcə onun əldə olunması get-gedə çətinləşməyə başlayıb. Nəzərə alsaq ki, Bitcoin və digər kriptovalyutalar limitli şəkildə buraxılıb dövriyə edir, digər tərəfdən isə bu rəqəmsal valyuta əldə etmək istəyənlərin sayı günü-gündən artır, o zaman Bitcoinin dəyəri də getdikcə yeksəlir. Təsadüfi deyil ki, müxtəlif dövrlərdə Bitcoinin dəyəri hətta 100 min dollara yaxınlaşıb.
Qeyd etdiyimiz kimi Bitcoin rəqəmsal mübadilə vasitəsi olduğu üçün onun əldə olunması və alış-satışı çox da çətin hesab olunur. Lakin təkcə kriptovalyutanın olması burada kifayət etmir, bununla yanaşı elektron pul cüzdanı ortaya çıxır. Kütləviliyinə görə “Binance”ın üstünlük təşkil etdiyi bu cür elektron cüzdanlar bitcoinlərin əldə edilməsi, saxlanması və digər əməliyyatlar üçün effektiv hesab edilir.
Ən məhşur və dəyərli kriptovalyutalar
Hal-hazırda dünyada ən məhşur və dəyərli kriptovalyutalar aşağıdakılardır:
Bitcoin;
Etherium;
Tether;
USD Coin;
BNB.
Qeyd olunan kriptovalyutalarla yanaşı yüzlərlə digər altkoinlər kimi qəbul olunan kriptovalyutalar olsa da, onlar kütləviyinə və dəyərinə görə yuxarıda təqdim edilən kriptovalyutlardan geri qalmaqdadır. Ümumilikdə isə, əksər koinlərin tələb-təklif qiymətləri Bitcoinə əsaslanır. Yəni Bitcoinin qiymətinin dəyişməsi digərlərinə də təsir etməkdədir.
Kriptovalyutanın riskləri
Öncə də bildirdiyimiz kimi, kriptovalyutalar əsasən bazarda tələb-təklif əsasında formalaşmaqdadır. Lakin onların mərkəzsiz olması və hələ də dünya dövlətləri tərəfindən rəsmi olaraq tanınmaması kriptovalyutalara da öz təsirini göstərir. Belə ki, bəzi dövlətlər tərəfindən kriptovalyutalarla bağlı verilən qərarlar, həmçinin dünya iqtisadi bazarında baş verən dalğalanmalar kriptovalyutalar üçün də müəyyən riskləri özündə birləşdirir. Digər tərəfdən isə edilən bəzi kiberhücumlar və digər təhdidlər kriptovalyutalara insanların tam güvənməməsinə gətirib çıxarır.
Azərbaycanda kriptovalyuta bazarı
Müasir dövrdə ölkəmizdə də kriptovalyutalara maraq get-gedə artmaqdadır. Bugün Azərbaycanda bir sıra kriptovalyuta və rəqəmsal səhmlərə malik insanlar var, lakin təcrübə göstərir ki, bu sahədə məlumatlılığın yetərincə olmaması, bəzən həmin şəxslərin uğursuzluğuna gətirib çıxarır. Digər tərəfdən isə kriptovalyuta sahibi olan şəxslər mövcud vergi qanunvericiliyinə əsasən, kriptovalyuta alışı üçün 10 % komissiya haqqı və 18 % əlavə dəyər vergisi ödəməlidir. Bu da həmin sahəyə maraqlı şəxslərin kriptovalyuta almasına mane olan amillərdən biri hesab olunur.
Sonda qeyd etməliyik ki, baş verən hadisələrin fonunda kriptovalyutalar dəyərinin artıb-azalmasına baxmayaraq dünyada əsas rəqəmsal pul mübadiləsi kimi uzun müddət qalacaqdır.
Hazırladı: Nərmin Əliyeva