“İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir” İctimai maarifləndirmə kompaniyasının təşkili adlı layihənin yekun nəticələri ilə bağlı Dəyirmi Masa keçirildibackend

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi tərəfindən Bakı şəhərində “İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “ İctimai maarifləndirmə kompaniyasının təşkili adlı layihənin yekun nəticələri ilə bağlı Dəyirmi Masa keçirildi.
Dəyirmi Masanı giriş sözü açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Ибрагимли Заур müəllim bildirdi ki, belə təlimlərin davamlı olaraq vətəndaşlar arasında keçirilməsinə ehtiyac vardır. Layihənin uğurlu olmasını bildirdi və Dəyirmi Masanın gedişatına uğurlar arzuladı.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, layihə rəhbəri Fariz Əkbərov keçirilmiş layihə barədə geniş məlumat verdi. Layihənin uğurla başa çatmasını bilidirdi.
Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) əməkdaşı Azər müəllim çıxış etdi.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin əməkdaşı Tural müəllim çıxış edərək uğurlar arzuladı. Eyni zamanda Daxili İşlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin əməkdaşı Xəyyam müəllim də insan alveri ilə mübarizə sahəsində öz fikirlərini bilidirdi.
Sonra bu layihə çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 6 rayonunda, Saatlı, Zərdab, Hacıqabul, Sabirabad, İsmayıllı və Qəbələ rayon Uşaq və Ailələrə Dəstək Mərkəzlərində icra olunmuş layihənin yekununa dair ictimayətə hesabat təqdim edildi.
Layihədə çalışan hüquqşünaslar Namiq müəllim və Leyli xanım layihə vaxtı göstərdiyi xidmətlər barədə məlumat verdilər.
Layihənin psixoloqu Nuranə xanım Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin Bakı şəhərində yerləşən ofisində vətəndaşlara göstərdiyi psixoloji xitmətlərlə bağlı məlumat verdi.
Sonra QHT sədrləri Vüsalə Hüseynli, Nailə İsmayılova, Xatirə Vəliyeva, Əli Fərzəliyev, Fəridə Hicran və digərləri çıxış etdilər. Dəyirmi Masa maraqlı diskusiya və müzakirə formasında başa çatdı.