iPhone 17 Pro-da kamera blokunun tamamilə yeni dizayna sahib olacağı ilə bağlı çoxsaylı söz-söhbətlərə baxmayaraq, smartfon tanış görünüşünü qoruyacaq. Bu barədə nüfuzlu Instant Digital insayderinə istinadən MacRumors məlumat yayıb.
Mənbə iPhone 17 Pro-nun üfüqi kamera blokuna sahib olacağı ilə bağlı şayiələri təkzib edib. Instant Digital-a görə, onun mənbəyi cihazın arxa panelinin dizaynının dəyişəcəyini, lakin kameraların yerləşdirilməsinin eyni qalacağını təsdiqləyib.
Üçbucaqlı kamera sxemi Apple tərəfindən 2019-cu ildən, iPhone 11 Pro-dan bəri istifadə olunur və bundan əvvəl iPhone X və Xs-də şaquli olaraq yerləşən sensorlar var idi. Apple-ın yeni dizayna keçmək qərarı üçüncü kameranın yerləşdirilməsi zərurəti ilə bağlı idi.
Mənbə: MacRumors