TMZ xəbər verir ki, amerikalı aktyor Endi Dik həddindən artıq dozadan sonra Los-Anceles küçələrindən birində tapılıb.
Yoldan keçənlər Diki binanın kənarında beton üzərində oturarkən tapdılar. Aktyorun vəziyyəti ağır idi. İnsanlar onu diriltməyə çalışıb və təcili yardım çağırıblar. Opioidin həddindən artıq dozasının təsirlərini müalicə etmək üçün ona iynə vurulub. O, xəstəxanaya yerləşdirilməyib.
TMZ hadisədən sonra Diklə əlaqə saxlayıb. Aktyor hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edib. Bununla belə, o, hazırda vəziyyətinin yaxşı olduğuna inandırıb.
TMZ aydınlaşdırıb ki, Endi Dik bir neçə ildir ki, narkomaniya ilə mübarizə aparır.
Endi Dik “Ordu sərgüzəştləri”, “Kabelçi”, “Ən yaxşı insanlar”, “Müfəttiş qadceti”, “Yol səfəri”, “Arzularımın tarixi” və “Sarışın ambisiya” filmlərindəki rolları ilə tanınıb. Onun filmoqrafiyasına 150-dən çox film daxildir. Aktyor “The Simpsons”, “ER”, “Community”, “Family Guy”, “Star Trek: Voyager”, “The Lion King 2: Simba’s Pride” layihələrində də iştirak edib.














