Amerikanın elektrik avtomobil istehsalçısı Tesla-nın səhmləri 12% bahalaşaraq mövcud proqnozları xeyli ötüb. Bu barədə Britaniyanın “Guardian” qəzeti yazır.
Səhmlərin qiymətinin artması şirkətin üçüncü rüb üzrə mənfəət hesabatını çərşənbə günü açıqladıqdan sonra baş verib. Tesla çətin ikinci rübdən çıxa bildi və Wall Street-in səhm başına qazanc gözləntilərini üstələyə bildi. Beləliklə, səhm üzrə mənfəət investorların 0,60 dollar proqnozunu üstələyərək 0,72 dollar təşkil edib.
Eyni zamanda, şirkətin gəliri gözləniləndən bir qədər aşağı olub. Üçüncü rübün sonunda o, 25,18 milyard dollar olub, proqnozlaşdırılan 25,43 milyard dollardan bir qədər azdır.