İordan çayının qərb sahilində Qüds bölgəsində terror aktı törətməkdə şübhəli bilinən şəxslər saxlanılıbbackend

İsrail kəşfiyyatçıları Qüds yaxınlığında terror aktı təşkil etməkdə şübhəli bilinən şəxsləri həbs ediblər. Bu barədə “The Times of Israel” qəzeti Yəhudi Dövlətinin Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Materialda göstərildiyi kimi, üç fələstinli nəzarətə götürülüb. Onlar yanvarın 7-də səhər saatlarında Ras Bidu nəzarət-buraxılış məntəqəsində baş vermiş avtomobildən istifadə edərək terror aktının təşkilində iştirakda şübhəli bilinirlər.

Materialda bu obyektin Ramallahın şimalında yerləşdiyi göstərilir. Şübhəlilər İordan çayının qərb sahilində yaşayan iki həkim və bir tibb bacısıdır.

Mənbə: A Haber