İordaniya, İraq və Livan hava məkanlarını açıblarbackend

İordaniya, İraq və Livan səlahiyyətliləri hava məkanlarını açmaq qərarına gəliblər.

İordaniya Mülki Aviasiya İdarəsinin rəhbəri Hayşam Misto bildirib ki, ölkənin hava məkanı açılıb və uçuş məhdudiyyəti aradan qaldırılıb.

İraq Mülki Aviasiya İdarəsi də elan edib ki, respublikanın hava məkanı yenidən açılıb.

Həmçinin, Livan səlahiyyətliləri məhdudiyyətləri aradan qaldırdıqlarını bildiriblər.

Mənbə: TASS