İordaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ayman əs-Səfədi Tehrana səfəri zamanı kral II Abdullahın mesajını İran prezidenti Məsud Pezeşkiana çatdırıb. Bu barədə İordaniyanın “Al Mamlaka” telekanalı məlumat yayıb.
Əl-Səfadi bəzi xarici KİV-lərin guya İsrail hakimiyyətindən İrana mesaj gətirdiyinə dair açıqlamalarını təkzib edərək, Tehrana Pezeşkianın dəvəti ilə gəldiyini qeyd edib.
Nazir Yaxın Şərqi bütün region üçün dağıdıcı nəticələrə səbəb olacaq böyük müharibədən qorumağa çağırıb. Əs-Səfadi vurğuladı ki, gərginliyin qarşısını almaq üçün ilk addım İsrailin Qəzza zolağına təcavüzünə son qoymaq olmalıdır.
Mənbə: A Haber