Apple, zəif tələbat səbəbindən indi ilə 2025-ci ilin birinci yarısı arasında iPhone 16 və 16 Plus istehsalını 10 milyon ədəd azaldıb.
Bu barədə GSMArena portalı TF International Securities analitiki Min-Çi Kuoya istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, iPhone 16 və 16 Plus-a tələbat analitikin daha əvvəl qeyd etdiyi əvvəlki modellərdən daha az olub. Kuo, bütün iPhone 16 seriyasının tədarükünün 2024-cü ilin dördüncü rübündə əvvəlki 88-89 milyon ədəd proqnozundan 80 milyon ədədə çatacağını proqnozlaşdırır.
Analitik həmçinin ötən ilin eyni rübündə iPhone 15 tədarükünün 90-91 milyon ədəd təşkil etdiyini nəzərə alaraq proqnozu 84 milyon ədədə endirib. iPhone 16 seriyasının istehsalının 2025-ci ilin birinci rübündə 45 milyon ədədə, ikinci rübdə isə 39 milyon ədədə çatacağı gözlənilir.