Yeni iPhone 16e bütün 6,1 düymlük Apple smartfonları arasında ən böyük batareyaya malikdir.
Bu barədə MacRumors portalı məlumat yayıb.
Mənbəyə görə, iPhone 16e 3961 mAh batareya ilə təchiz edilib ki, bu da 3561 mAh batareyaya malik iPhone 16-dan 11% böyükdür. Müqayisə üçün qeyd edək ki, iPhone 16 Pro Max 4685 mAh, iPhone 16 Pro 3582 mAh, iPhone 16 Plus isə 4674 mAh batareya təklif edir. Əvvəlki iPhone 15 seriyası 3349 ilə 4422 mAh arasında dəyişən tutumlu batareyalardan istifadə edir.
Bundan əlavə, mütəxəssislər Reddit veb-saytını Wi-Fi üzərindən davamlı yükləyərək iPhone 16e-nin batareyanın ömrünü sınaqdan keçiriblər. Smartfon 12 saat 54 dəqiqə, iPhone 16 isə daha az – 11 saat 17 dəqiqə işləyib.
Tom’s Guide-nin batareya testi iPhone 16e-nin orta hesabla 12 saat 41 dəqiqə davam edə biləcəyini göstərdi.
Doldurma sürəti baxımından, CNET iPhone 16e-nin 30W şarj cihazından istifadə edərək yarım saat ərzində 59%-ə qədər doldurulduğunu aşkar etdi.