iPhone 17 Pro keçən ilki modeldən xeyli bahalaşacaqbackend

TrendForce flaqman iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri üçün əhəmiyyətli qiymət artımını proqnozlaşdırır. Onların hesabatına görə, iPhone 17 Pro-nun başlanğıc qiyməti baza yaddaşının həcminin artmasına baxmayaraq, sələfi ilə müqayisədə 200 dollar artacaq.

Bu barədə MacRumors məlumat yayıb.

TrendForce-un məlumatına görə, iPhone 17-nin baza modeli keçənilki iPhone 16-da olduğu kimi 799 dollar (65 min rubl) və 128 GB daxili yaddaş olan başlanğıc qiymətini saxlayacaq.Lakin iPhone 17 Pro və iPhone 17 Pro Max üçün vəziyyət fərqlidir. İndi hər iki model əsas seçim olaraq 256 GB daxili yaddaşla təklif olunacaq.

TrendForce rəqəmlərinə görə, ən sərfəli iPhone 17 Pro 1199 dollara başa gələcək ki, bu da 128 GB-lıq versiya üçün 999 dollardan başlayan iPhone 16 Pro-dan 200 dollar bahadır. 512 GB və ya 1 TB yaddaşa malik Pro modellərini almaq istəyən alıcılar da keçən ilki oxşar konfiqurasiyalarla müqayisədə 100 dollar çox ödəməli olacaqlar. 1 TB yaddaşa malik iPhone 17 Pro Max-ın maksimum konfiqurasiyası iPhone 16 Pro Max üçün 1599 dollara qarşı 1 699 dollara başa gələcək.