Bəzi iPhone istifadəçiləri iOS 17-ni quraşdırdıqdan sonra məxfilik parametrlərinin xəbərdarlıq edilmədən avtomatik sıfırlanmasından şikayətlənib. Bu barədə 9to5Mac məlumat yayıb.
Problem ilk dəfə X-də (Twitter) Mysk ləqəbi ilə görünən Almaniya və Kanadadan olan bir qrup tərtibatçı tərəfindən bildirilmişdi. Bəzi smartfonlarda iOS-u yenilədikdən sonra “Məxfilik və Təhlükəsizlik” menyusundakı parametrlərin dəyişdiyini gördülər. Xüsusilə, iPhone-un yeri və istifadəsi haqqında məlumatların Apple-a ötürülməsi avtomatik olaraq aktivləşdirilir.
Apple bunun baş verməməli olduğunu söylədi. Şirkət məlum hadisələrlə bağlı araşdırmalara başlayıb.
Mənbə: Haberler.com

