2025-ci ilin əvvəlində bazara çıxacaq növbəti iPhone SE, Apple Intelligence xüsusiyyətlərinə sahib olacaq. Bu o deməkdir ki, Apple-ın ən ucuz telefonunu əldə etmək ona yüksək tələbat səbəbindən daha çətinləşə bilər. Bu barədə insayder və Bloomberg-in jurnalisti Mark Qurmana istinadən The Verge məlumat yayıb.
İndiyədək iPhone SE köhnə forma faktorunda güclü iPhone təklif edən Apple-ın büdcə seçimi kimi tanınırdı. Bununla belə, şayiələr göstərir ki, növbəti SE iPhone 14-ə əsaslanacaq, iPhone 8 üslublu çənə və ev düyməsini tərk edəcək və ehtimal ki, 6,1 düymlük OLED ekrana sahib olacaq.
Qeyd etmək vacibdir ki, Apple-ın daxili süni intellekt xüsusiyyətləri iPhone 15-də güc çatışmazlığı səbəbindən işləyə bilməz. Beləliklə, növbəti iPhone SE-nin güclü və müasir cihaz olacağı barədə şayiələr yayılır.
Mənbə: Bloomberg