Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edəcək
İctimai.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
“Gürcüstanın baş naziri Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşəcək. İrakli Kobaxidzenin COP29 liderlərinin sammitində, eləcə də müxtəlif mövzular üzrə dəyirmi masa formatında keçiriləcək panel müzakirələrində çıxışı planlaşdırılır”, – deyə rəsmi məlumatda bildirilir.