İran ABŞ-a təslim olmayacağını bəyan edibbackend

Mehr xəbər agentliyinin məlumatına görə, İslam Respublikası Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari bildirib ki, İran ABŞ və İsrail təslim olduqlarını elan edənə qədər döyüşməyə davam edəcək.

2 apreldə ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu yaxın iki-üç həftə ərzində İrana qarşı güclü zərbələr endirəcək və ölkəni Daş dövrünə qaytaracaq.

Zülfəqari Amerika və İsrail hakimiyyətlərinə müraciət edərək bildirib ki, “Bu müharibə sizin tam rüsvayçılığınıza, məğlubiyyətinizə və təslim olmağınıza qədər davam edəcək”.