İranın ABŞ ilə danışıqlarına “raketlər rəhbərlik edəcək”, – deyə İslam Respublikası parlamentinin (Məclis) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi sosial media platforması X-də bildirib.
“Şeytanla istənilən danışıqlar strateji səhvdir. ABŞ Prezidenti Donald Trampla danışıqlara raketlər rəhbərlik etsin”, – deyə o yazıb.
Daha əvvəl Amerika lideri İranla danışıqlarda şəxsən iştirak etdiyini açıqlamışdı. ABŞ tərəfindən danışıqlarda vitse-prezident J.D. Vance, dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner də iştirak edir.














