İran milli ödəniş sistemlərinin birləşdirilməsi mexanizminin bütün BRİKS ölkələrinə yayılmasını təklif edib.
TASS xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib.
O, iki ölkənin Mərkəzi bankları vasitəsilə Rusiya və İranın milli ödəniş sistemlərinin birləşdirilməsi prosesinin başa çatmasından danışıb. Kənani qeyd edib ki, bunun tərkib hissəsi olaraq ticarət hesablaşmalarının milli valyutalara köçürülməsi üçün lazımi şərait yaradılıb.
“Biz danışıqları davam etdiririk, o zaman İran Rusiya tərəfinə bu mexanizmin BRİKS ölkələrinə də şamil edilməsi təklifini bildirib”, – diplomat bildirib.