İran F-15 qırıcı təyyarəsinin ələ keçirildiyini açıqladıbackend

İranın dövlət televiziyası olan IRIB-in İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) istinadən verdiyi məlumata görə, İran ordusu ABŞ və İsrail ilə silahlı münaqişə zamanı bir F-15 qırıcı təyyarəsini ələ keçirib.

Məlumatda deyilir: “Bir neçə saat əvvəl ölkənin cənub sahillərində Hörmüz adası yaxınlığında düşmənə məxsus bir F-15 qırıcı təyyarəsi ələ keçirilib”.

Qeyd edilib ki, təyyarə daha sonra İranın hava hücumundan müdafiə sistemindən yer-hava raketi ilə vurulub. İİKK-nın məlumatına görə, qırıcı təyyarənin taleyi ilə bağlı məlumatlar dəqiqləşdirilir.