İranın xarici işlər naziri Abbas Əraqçi RT-yə verdiyi müsahibədə bildirib ki, İran nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi ilə bağlı razılaşma təklifi üzərində işləyir.
“Mən artıq komandama [İranın] nüvə silahına sahib olmayacağına zəmanət verə biləcək, eyni zamanda İranın nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququnu təmin edə biləcək mümkün bir plan və ya təklif üzərində işləməyi tapşırmışam”, – deyə o bildirib.
İranın vitse-prezidenti Məhəmməd Eslami daha əvvəl ABŞ ölkəyə qarşı bütün sanksiyaları ləğv edərsə, Tehranın uranın zənginləşdirilməsi səviyyəsini azaldacağını bildirmişdi.















