İranda İsrail və ABŞ ilə hərbi əməliyyatların başlamasından bəri 600-dən çox məktəb zədələnib və ya dağıdılıb, 1000-dən çox şagird və müəllim yaralanıb və ya ölüb.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, BMT-nin İnsan Hüquqları Şurasında keçirilən debatda çıxış edərkən bildirib ki, “İranda 600-dən çox məktəb dağılıb və ya zədələnib”.
25 mart səhəri “Əl-Cəzirə” Tehranda baş verən tətillər nəticəsində bir neçə yaşayış binasına və bir məktəb binasına ziyan dəydiyini bildirib.















