İran hökuməti ABŞ-la bərabər şərtlərlə nüvə sazişi bağlamağa hazırdır.
Ölkə başçısının saytı xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
“Birləşmiş Ştatlarla danışıqlara gəlincə, müəyyən çərçivələr daxilində və milli maraqlara uyğun olaraq, biz razılaşmaya hazırıq, lakin onlar bizimlə bərabər şərtlərlə sövdələşmə bağlamaq istəməsələr, biz öz yolumuzla getməyə davam edəcəyik”, – deyə respublika başçısı bildirib.