İran Hörmüz boğazını bağlamağa hazırdırbackend

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanmasının komandanı Əlirza Tənqsirinin sözlərinə görə, İran zəruri hallarda Hörmüz boğazını mümkün qədər tez bağlamağa hazırdır.

O bildirib ki, “Hörmüz boğazını bağlamaq üçün bir bəhanə yaranarsa, silahlı qüvvələrimiz bu əməliyyatı mümkün qədər tez həyata keçirəcək”.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ Tehranı nüvə proqramı ilə bağlı müqavilə imzalamağa məcbur etmək üçün İran nefti daşıyan tankerləri ələ keçirməyi düşünür.