İran İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə hücumda şübhəli bilinən şəxsləri saxlayıbbackend

İran yanvarın 29-da İsfahan şəhərində ölkənin Müdafiə Nazirliyinin obyektinə hücumda şübhəli bilinən şəxsləri saxlayıb.

TASS xəbər verir ki, bu barədə İRNA agentliyi İran Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun birgə bəyanatına istinadən məlumat yayıb.

Agentlikdən bildiriblər ki, bu işin istintaqı davam etdiyi üçün təfərrüatlar açıqlanmır.

Mənbə: TASS

İctimai.az