İran kəşfiyyatı ictimai yerdə terror aktının qarşısını alıb

İran İnformasiya Nazirliyinin (Kəşfiyyat) əməliyyat qrupu iyulun 2-də dörd terrorçunu həbs edib.

Bu barədə RİA Novosti Tasnim agentliyinə istinadən yazır.

Kəşfiyyat orqanlarının məlumatına görə, onlar Mazandaran əyalətində ölkənin şimalında əldəqayırma partlayıcı qurğularla bir sıra qurumları məhv etməyi planlaşdırıblar.

“Kəşfiyyat Nazirliyi Mazandaran əyalətində qumbaraatan və əldəqayırma bombalardan istifadə edərək insanların əmlakına zərər vurmaq istəyən 4 terrorçunu saxlayıb”, – deyə məlumatda bildirilir.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər