İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülh və təhlükəsizliyə təhlükə yaradan böhranların həlli üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirləri komitəsinin yaradılmasını təklif edib.
Dövlət başçısı sentyabrın 1-də Çinin Tyantszin şəhərində keçirilən ŞƏT sammitində çıxış edib.
“Sülhməramlılıq sahəsində [ŞƏT] üzvlərinin xarici işlər nazirlərindən ibarət komitə yaratmaq lazımdır ki, onun iştirakçıları regionda (Yaxın Şərqdə – Gazeta.Ru) sülh və təhlükəsizliyə təhlükə yaradan müxtəlif böhranlar barədə fikir mübadiləsi aparacaq, böhranın idarə olunması və onun öyrənilməsi mexanizmləri ilə bağlı səmərəli təkliflər irəli sürəcəklər”, – Pezeşkian tədbirin kənarında deyib.