İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Sinqapura gedən bir neft tankerini Hörmüz boğazında saxladığını açıqladı. Sepahnews-un məlumatına görə, bu barədə İİKK mətbuat xidmətinin açıqlamasında bildirilib.
“Dünən səhər saat 7:30-da İİKK Hərbi Dəniz Qüvvələrinin sürətli reaksiya bölmələri Marşal Adaları bayrağı altında üzən Talara adlı neft tankerinin hərəkətini izləyib. Gəmini saxlamaq üçün məhkəmə icazəsi aldıqdan sonra İİKK bölmələri onu ələ keçirməyə başlayıb”, – deyə açıqlamada bildirilir.
Tanker 30.000 ton neft məhsulları daşıyırdı və Sinqapura gedirdi.














