İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail rəsmiləri ona sui-qəsd cəhdi ediblər, lakin bu, uğursuz olub. O, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.
“Bəli, onlar cəhd etdilər, buna uyğun hərəkət etdilər, lakin uğursuz oldular”, – İran prezidenti deyib.
Bundan əvvəl Almaniyanın “Bild” qəzeti İranın ali dini lideri Ayətullah Əli Xamneyinin İsrailin zərbələri başlayandan bəri bunkerdə gizləndiyi üçün 25 gündən artıq ictimaiyyət qarşısına çıxmadığını yazmışdı.