İran prezidenti İbrahim Rəisi Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumu şərh edərək, bunu hərbi cinayət adlandırıb. O, X sosial şəbəkəsindəki səhifəsində müvafiq yazı dərc edib.
“Bu axşam Qəzza xəstəxanasında yaralanan günahsız fələstinlilərin üzərinə atılan ABŞ-İsrail bombalarının alovu tezliklə sionistləri bürüyəcək. Azad bir insanın belə bir hərbi cinayət qarşısında susması qəbuledilməzdir. İran İslam ümmətinin bir parçası kimi yas saxlayır”, – deyə o bildirib.
Bundan əvvəl Livan Hizbullah hərəkatı çərşənbə günü İsrailə qarşı “qəzəb günü” elan etmişdi.
Mənbə: Haber.com