İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək.
Bu barədə TASS məlumat yayıb.
Eyni zamanda, İran nümayəndə heyətinin paradda iştirakı hələ də müzakirə olunur.
“Paradda İran nümayəndələrinə gəlincə, mən səfir və İran hökumətinin nümayəndəsi kimi təbii ki, iştirak edəcəyəm”, – diplomat bildirib.
Ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin gələn il Böyük Vətən Müharibəsində qələbənin 80 illiyini birgə qeyd edəcəklərini bəyan etmişdi. O, Birlik ölkələrində bu il nasizmlə mübarizədə sülh və birlik ili olacağını vurğulayıb.