İran Süleymaniyə görə BMT-yə müraciət etdibackend

İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra İranın özünümüdafiə hüququ var.

İctimai.az xəbər verir ki, bu barədə İran hakimiyyətinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirilib.

“İran beynəlxalq hüquqa uyğun olaraq lazımi tədbirlər görmək, xüsusən də özünümüdafiə hüququna malikdir”,-deyə məktubda qeyd olunub.

İctimai.az