İran Ukraynadakı münaqişə tərəflərinə silah tədarükü ilə bağlı məlumatlara cavab veribbackend

İran münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir.

TASS xəbər verir ki, bu barədə respublikanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Onlar vurğulayıblar ki, İran bu cür hərəkətlərdən çəkinir və digər ölkələri də bundan nümunə götürməyə çağırır.

“Ukraynadakı münaqişə ilə bağlı İranın mövqeyi dəyişməz olaraq qalır. İran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi qeyri-insani hesab edir ki, bu da itkilərin artmasına, infrastrukturun dağılmasına və atəşkəs danışıqlarından daha da uzaqlaşmasına gətirib çıxarır”, – bəyanatda deyilir.