İranın vitse-prezidenti Məhəmməd Eslami ISNA xəbər agentliyinin məlumatına görə, ABŞ Tehrana qarşı bütün sanksiyaları ləğv edərsə, İran uran zənginləşdirmə səviyyəsini azaldacaq.
O bildirib ki, “Zəngidilmiş uranın zənginləşdirmə səviyyəsinin 60%-ə endirilməsinin müzakirəsi ABŞ-ın qarşılığında bütün sanksiyaları ləğv etməyə hazır olub-olmamasından asılıdır”.
Fevralın 6-da İran və ABŞ arasında Omanın paytaxtında İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar aparılıb. Bu görüş 2025-ci ilin iyun ayında İran-İsrail münaqişəsinin gərginləşməsi səbəbindən uzun fasilədən sonra ilk görüş olub. Həmin vaxta qədər İslam Respublikası və ABŞ arasında beş raund məsləhətləşmələr keçirilmişdi.














