İran uranın zənginləşdirilməsini dayandırıbbackend

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın nüvə infrastrukturuna zərbələr endirdikdən sonra ölkədə uranın zənginləşdirilməsinin dayandırıldığını, lakin İran hökumətinin bu fəaliyyətdən əl çəkmək niyyətində olmadığını bildirib.

Bu barədə o, Fox News-a müsahibəsində danışıb.

Yayımçının ABŞ-ın son hava hücumlarından sonra proqramın davam edib-etməməsi ilə bağlı sualına Əraqçi deyib ki, obyektlərə ciddi ziyan dəydiyi üçün zənginləşdirmə hazırda dayandırılıb. O vurğulayıb ki, İran zənginləşmədən imtina edə bilməz, çünki bu, İran alimlərinin nailiyyəti olmaqla yanaşı, həm də milli qürur mənbəyidir və zənginləşmə ölkə üçün çox baha başa gəlir.