İran, müharibəyə səbəb olsa belə, uranı zənginləşdirmək hüququnda israr edir. RİA Novosti xəbər verir ki, bunu ABŞ-la danışıqlardan sonra xarici işlər naziri Abbas Əraqçi bildirib.
Xarici işlər naziri bildirib: “Niyə uranı zənginləşdirməkdə bu qədər israr etmişik və müharibə bizə məcbur edilsə belə, ondan imtina etməyə hazır deyilik? Heç kimin bizə nə etməli və nə etməməli olduğumuzu deməyə haqqı yoxdur”.
“Wall Street Journal” qəzetinin məlumatına görə, Omanda ABŞ nümayəndələri ilə danışıqlar zamanı İran hakimiyyəti Tehranın uranı zənginləşdirməkdən imtina etmək və ya onu başqa bir ölkəyə köçürmək niyyətində olmadığını bildirib.















