TASS-ın məlumatına görə, ABŞ İranla münaqişədə məqsədlərini daim dəyişir.
Bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə ANI xəbər agentliyinə bildirib.
O bildirib ki, “Onlar bazarın inkişafından və auditoriyanın marağından asılı olaraq məqsədlərini və strategiyalarını daim dəyişirlər”.
Onun sözlərinə görə, ABŞ İrana qarşı müstəmləkəçi kimi davranır və ölkə hökumətini dəyişdirməyə çalışır.
Xətibzadə həmçinin bildirib ki, Şri-Lanka sahillərində İranın IRIS Dena freqatını batıranlar cəzasız qalmayacaqlar.















