İranın xarici işlər naziri Abbas Əraqçi sosial media platforması X-də elan edib ki, ABŞ prezidenti Donald Tramp İslam Respublikasına qarşı silahlı təcavüzünün səhvini anlayana qədər İran mübarizəsini davam etdirəcək.
O yazıb: “Qüdrətli silahlı qüvvələrimiz ABŞ prezidenti həm amerikalılara, həm də iranlılara qarşı tətbiq etdiyi qanunsuz müharibənin səhv olduğunu və heç vaxt təkrarlanmamalı olduğunu başa düşənə qədər mübarizəsini davam etdirəcək”.
Nazirin sözlərinə görə, ABŞ hücumlarının qurbanları da müvafiq kompensasiya almalıdırlar.















