İran Xarici İşlər Nazirliyi Epşteyn işini sivilizasiya üçün fəlakət adlandırıbbackend

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı amerikalı maliyyəçi Ceffri Epşteynin işini sivilizasiya fəlakəti adlandırıb, SNN xəbər verir.

Bəqainin sözlərinə görə, Epşteyn işi həm də insanlığa qarşı cinayət hesab edilə bilər.

“Onun miqyası kiçildilməməli və ya yalnız ABŞ və ya bir şəxslə məhdudlaşan bir problem kimi iddia edilməməlidir. Eyni zamanda, bütün bu prosesin müəyyən tərəflərin siyasi məqsədlərini irəli aparmaq üçün uzunmüddətli bir layihənin bir hissəsi ola biləcəyinə dair şübhələr artır”, – deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

Daha əvvəl Türkiyənin Kayseri şəhərinin sakini Rifat Özdəmir fiziki oxşarlığına görə daim mübahisəli amerikalı maliyyəçi Ceffri Epşteynlə müqayisə edildiyini və buna görə də başqa bir şəhərə köçmək qərarına gəldiyini bildirmişdi.