İrana edilən zərbələr səbəbindən Avropada qazın qiyməti bir ildən sonra ilk dəfə 600 dolları keçdibackend

TASS agentliyinin London ICE birjasının məlumatlarına istinadən verdiyi məlumata görə, Avropa bazarında qazın qiyməti ötən ilin fevral ayından bəri ilk dəfə min kubmetr üçün 600 dolları keçib.

Günün əvvəlindən bəri qiymət artımı 18%-ə çatıb. Hollandiyadakı TTF mərkəzində aprel fyuçersləri min kubmetr üçün təxminən 639 dollara yüksəlib ki, bu da meqavat-saat üçün 52,98 avroya bərabərdir. Bu qiymət dəyişikliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qlobal enerji ixracının təxminən 20%-nin keçdiyi strateji marşrut olan Hörmüz boğazını bağlamaq barədə verdiyi açıqlamalar fonunda baş verib.

İİKK komandanının müşaviri general-mayor İbrahim Cabari Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankeri “yandırmaqla” hədələyib. Lakin ABŞ Mərkəzi Komandanlığı boğazın mülki gəmiçilik üçün açıq qaldığını iddia edir.