İranda etirazçılar bir neçə küçəyə Trampın adını veriblərbackend

İranda rejim əleyhinə etirazçılar bir neçə küçənin adını dəyişdirərək “Donald Tramp küçəsi” adlandırıblar.

Yayılan kadrlarda bir kişinin mavi küçə nişanına yaxınlaşaraq Amerika liderinin şərəfinə öz şəklini yapışdırdığını görmək olar.

İranda yerli valyutanın devalvasiyası fonunda dekabrın sonunda etirazlar başlayıb. Onlar gözyaşardıcı qaz və pnevmatik silahlar da daxil olmaqla gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Etirazlar 25 əyalətin 60-dan çox şəhərinə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərb və cənub-qərbdə (Mələkşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb.