İranda mənzil hüququnu itə ötürən daşınmaz əmlak agenti həbs edilibbackend

İranda daşınmaz əmlak agenti mənzil hüququnu itə ötürdüyü üçün həbs edilib, Oddity Central yazır.

Sosial şəbəkələrdə alqı-satqılardan biri zamanı çəkilmiş videonun yayılmasından sonra rieltor həbs edilib. Görüntülərdə cütlüyün mənzillə bağlı sənədləri imzalamaq üçün itlə kişinin ofisinə necə gəldiyi göstərilir. Mütəxəssis lazımi sənədləri hazırladıqdan sonra kişi və qadın öz imzalarını atıb, sonra ev heyvanının pəncəsini götürüb, üzərinə mürəkkəb vurub vərəqə yapışdırıblar.

Sonradan məlum olub ki, bu yolla cütlük mənzil hüquqlarını itlərinə keçirib. Yerli hakimiyyət rieltorun hərəkətlərini qanunsuz hesab edib – həbsdən sonra onun agentliyi də bağlanıb. İranda it murdar heyvan sayıldığı üçün kişinin bu hərəkəti ciddi cinayət kimi qiymətləndirilib.

Mənbə: A Haber