İranda üç Ukrayna kəşfiyyatçısı saxlanılıbbackend

İranın xüsusi xidmət orqanları İsfahan şəhərində üç Ukrayna kəşfiyyatçısını saxlayıblar; İHA istehsal edən zavodu təxribat etməyə hazırlaşdıqları iddia edilir.

Bu barədə yerli “Mashreghnews” agentliyi məlumat yayıb.

“İran kəşfiyyat xidmətləri pilotsuz təyyarələr fabrikinə hücum etməyi planlaşdıran üç Ukrayna kəşfiyyatçısını həbs edib”, – nəşrin bəyanatında deyilir.

Qeyd olunur ki, Kiyevdən insidentlə bağlı rəsmi açıqlama verilməyib.