İranın Ali Lideri Əli Xamenei ölüb.
İctimai.az xəbər verir ki, məlumatı İranın dövlət televiziyası təsdiqləyib.
“Xamenei fevralın 28-i səhər saatlarında iqamətgahına endirilən aviazərbə nəticəsində öldürülüb”, – dövlət televiziya kanalının efirində qeyd olunub.
Məlumata görə, Xamenei həlak olduğu anda öz iş yerində olub və xidməti vəzifələrini yerinə yetirirmiş.
Xameneinin ölümünü İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da təsdiqləyib.
Ayətullah Əli Xamenei 86 yaşında idi. O, 1989-cu ildən İranı idarə edib. Ali lider kimi şiə İslam Respublikasında hökumətin bütün qolları, ordu və məhkəmə sistemi üzərində ali səlahiyyətə malik olub.
Təxminən dörd onillik ərzində Xamenei regionda Körfəz boyunca yerləşən sünni müsəlman dövlətlərinə rəqib olan güc formalaşdırıb və eyni zamanda ətraf regionu narahat edən nüvə texnologiyalarını təşviq edib.















