İranın ali dini lideri Əli Xamneyi İsraillə hərbi münaqişənin yeni mərhələsini elan edib.
Bu barədə o, X sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Döyüş başlayır”, – Xamenei yazıb.
İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək “Aslan qalxması” əməliyyatına başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, həmçinin iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.
Həmin gün axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” adlı cavab əməliyyatının başladığını elan edib.İsrailə qarşı raket zərbələri endirilib.