İranın ədliyyə naziri “sanksiya klubu” yaratmağı və dollardan imtina etməyi təklif edirbackend

İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi deyib ki, sanksiyalardan təsirlənən ölkələr “sanksiya klubu” yaratmalı və təzyiqlərə tab gətirmək üçün hüquqi mexanizmlər hazırlamalıdırlar.

Bu sözləri Rəhimi Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun “Hüquqda suverenlik” adlı plenar iclasında deyib.

“Niyə biz yalnız dollardan istifadə etməliyik? Təbii ki, dolları beynəlxalq valyuta kimi istisna etmək lazımdır. Dolları öz milli valyutalarımızla əvəz etməliyik. Bu, tamamilə mümkündür”, – nazir təklif edib.

Rəhimi həmçinin SWIFT əvəzinə klub daxilində maliyyə mesajlaşma sistemi yaratmaq təşəbbüsü ilə çıxış edib. İran rəsmisinin sözlərinə görə, “sanksiya klubu” həmfikir dövlətləri “suverenlik, hüquq və beynəlxalq hüquq çərçivəsində” Qərbin sanksiya təzyiqlərinə qarşı bir araya gətirə biləcək.